Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İrina Zaretska Azərbaycanda ilin idmançısı seçilib

A+ a-
14 Dekabr 2021 13:09

Azərbaycanda ilin ən yaxşı idmançısı müəyyənləşib.

Bu, İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən bəlli olub.

Avropa, dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı karateçi İrina Zaretska 20 səslə bütün rəqiblərini qabaqlayıb. Yunan-Roma güləşçisi Rafiq Hüseynov 15 xalla ikinci olub. Para-atlet Lamiyə Vəliyeva 6, sərbəst güləşçi Hacı Əliyev 5, cüdoçu İrina Kindzerska 4, boksçu Alfonso Dominges 2, qadın güləşçi Mariya Stadnik isə 1 səs toplayıb.