Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İcra başçısı karateçilərlə görüşüb

A+ a-
08 Dekabr 2021 14:24

Zəngilan rayon Icra Hakimiyyətinin başçısı Ramiz Həsənov 2021-ci ildə bir sıra yüksək nəticələr göstərmiş tanınmış Zəngilan karateçiləri Asiman Qurbanlı və Nuran Rzazadəni qəbul edib. 

İdmançılarla görüşdə bu uğurların Zəngilanın idman tarixində xüsusi yeri olduğunu söyləyən İcra başçısı R. Həsənov, dövlət qayğısı ilə əldə edilən naliyətlər sayəsində təcrübənin doğma Zəngilana qayıdışdan sonra gənc nəslə böyük fayda verəcəyini bildirib. Görüşün sonunda idmançılar qiymətli hədiyyə və Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə mükafatlandırılıblar. Qəbulda həmçinin Zəngilan Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadə iştirak edib. 

Xatırladaq ki, A.Qurbanlı 2021-ci ildə Karate1 Premye Liqasının Lissabon turnirində gümüş medal, Istanbul və Moskvadakı liqa yarışlarında bürünc mükafat, Xorvatiyada Avropa çempionatının və Birləşmiş Ərəb Əmirliklərində Dünya çempionatının komanda yarışlarında bürünc medal qazanmaqla yanaşı, fərdi çıxışıda Dünya üçüncüsü olub. Dünya çempionatının bürünc medalı Asiman Qurbanlıya 2022-ci ildə Dünya Oyunlarına vəsiqə qazandırıb. 

Vətən müharibəsi şəhidi, zabit Həsən Rzazadənin qardaşı, gənc və perspektivli idmançı Nuran Rzazadə isə bu il Xorvatiyada Dünya Kubokunun gümüş mükafatçısı və Rusiyada l MDB Oyunlarının bürünc medalçısı, o cümlədən Türkiyədə Dünya Şotokan Federasiyasının (WSF) Dünya çempionatında Dünya Karate Federasiyasının (WKF) qaydaları ilə yarışda qızıl medala, Şobu sanbon çıxışında isə gümüş mükafata sahib olub. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov