Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Dünya referilərimizin sayı artıb

A+ a-
23 Noyabr 2021 10:31

Azərbaycanın "Dünya referisi" dərəcəsi alan hakimləri dörd nəfərə çatıb. 

"Avropa referisi" dərəcəsi olan beynəlxalq hakimlər Anar Allahverdiyev və Rənad Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Böyüklərin və Para-karateçillərin Dünya çempionatı ərəfəsində imtahan verərək səviyyələrini "Dünya referisi"nədək artırıbılar.

Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi xüsusi yığıncağında Tokio 2020 Yay Olimpiya Oyunlarını idarə edən hakimlərdən Cahangir Babayevin də işini yüksək qiymətləndirərək ona sertifikat təqdim edib. Xatırladaq ki, beynəlxalq hakimlərimiz C.Babayev, A.Allahverdiyev və Rənad Əliyevdən başqa Vüqar Kərimov ötən Dünya çempionatını idarə edən referilər arasında olub. C.Babayevlə V.Kərimov medallar uğrunda görüşləri də idarə ediblər. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov