Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Milli komandamız Dünya üçüncüsüdür

A+ a-
22 Noyabr 2021 11:10

Azərbaycan milli komandaları 12 Noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dünya çempionatından 5 medala sahib olublar. Mükafatların üçü böyüklərin yarışında, ikisi isə Para-karateçilərin çempionatında qazanılıb.  

Yarışın son günü böyüklər arasında komanda kumite çıxışlarında Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Tural Ağalazadə, Pənah Abdullayev, Turqut Həsənov və Tural Ələkbərlidən ibarət heyət bürünc medal görüşündə Özbəkistan karateçilərinə qalib gəlib.  

Həmin gün Para-Karate milli komandasının üzvlərindən Eldar Əhmədov əlil arabasında karateçilərin yarışında, Emiliya Mitilinova isə görmə məhdudiyyətli idmançıların çıxışında dünya üçüncüsü olub. 19 Noyabrda fərdi kumite yarışlarında İrina Zaretska (-68 kq) ikiqat Dünya çempionu tituluna sahib olub. Asiman Qurbanlı (+84 kq) isə bürünc mükafata yiyələnib. 

Beləliklə Azərbaycan karateçiləri Dünya çempionatından 1 qızıl, və 4 bürünc medalla dönürlər.

16-21 Noyabr tarixlərində böyüklərin 25-ci Dünya çempionatına 117 ölkədən 1054 karateçi, 21 Noyabrda Para-Karate üzrə Dünya çempionatına isə 21 dövlətdən 81 idmançı qatılıb.  

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov