Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Para-Karateçilər Dünya çempionatından iki bürünc medalla dönür

A+ a-
21 Noyabr 2021 16:33

Azərbaycan Para-karate  milli komandasının üzvləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dünya çempionatında iki bürünc medal qazanıb. 

Baş məşçqi Rənad Əliyevin çalışdırdığı milli komandanın üzvlərindən Eldar Əhmədov əlil arabasında idmançıların yarışında, Emiliya Mitilinova isə görmə məhdudiyyətli idmançıların çıxışında dünya üçüncüsü olublar. Çempionatın son günü kumitemilli komandamız bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Özbəkistan karateçiləridir.

Xatırladaq ki, 16-21 Noyabr tarixlərində böyüklərin 25-ci Dünya çempionatına 117 ölkədən 1054 karateçi, 21 Noyabrda Para-Karate üzrə Dünya çempionatına isə 21 dövlətdən 81 idmançı qatılıb. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Dubay, Birləşmiş Ərəb Əmirlikləri