Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İrina Zaretska Dünya çempionatının finalında

A+ a-
16 Noyabr 2021 10:43

Olimpiya ikincisi İrina Zaretska (-68 kq) 16-21 Noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dünya çempionatının finalına vəsiqə qazanıb.

Yüksək reytinqinə əsasən yarışa ikinci mərhələdən qatılan karateçimiz əvvəlcə Nesrine Bougrini (Belçika), Halina Melniki (Ukrayna), Anna Prezottini (Braziliya), yarımfinalda isə Alisa Buçingeri (Avstriya) məğlub edib. Onu finalda Silvia Semeraro (İtaliya) ilə görüş gözləyir. 

Yarımfinalda italiaylı rəqibinə məğlub olan Asiman Qurbanlı (+84 kq) isə bürünc medal uğrunda döyüşəcək.

16 Noyabrda 5 çəki dərəcəsində kumite yarışlarının ilkin mərhələləri keçirilir. Yarışın ilk günü İrina Zaretska (-68 kq), Fəridə Əliyeva (+68 kq), Rafael Ağayev (-75 kq), Pənah Abdullayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) mübarizəyə qatılır. İdmançılarımızın nəticələri il bu linkdən operativ tanış ola bilərsiniz. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Dubay, Birləşmiş Ərəb Əmirlikləri