Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər Dünya çempionatına yola düşür

A+ a-
10 Noyabr 2021 16:15

Azərbaycan milli komandaları 12 Noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dünya çempionatına yollanır. 

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 22 idmançı yer alıb. Onlardan 5 nəfəri Para-Karate üzrə Dünya çempionatında iştirak edəcək.

Kişilərdən ibarət kumite milli komandasının baş məşqçisi Qurban Tağıyev, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov Əminağa Quliyevi (-60 kq), Tural Ağalarzadəni (-67 kq), Rafael Ağayevi  (-75 kq), Pənah Abdullayevi (-84 kq) və Asiman Qurbanlını (+84 kq), eləcə də komanda yarışlarında Turqut Həsənovu, Rafiz Həsənovu və Tural Ələkbərlini müşayiət edəcək. Komanda çıxışlarında T.Ağalarzadə, R.Ağayev, P.Abdullayev və A.Qurbanlı da iştirak edəcək. 

Qadınların baş məşqçisi Denis Morozov Nuranə Əiyevanı (-50 kq), İlahə Qasımovanı (-55 kq), Ayla Rzazadəni (-61 kq), İrina Zaretskanı (-68 kq) və Fəridə Əliyevanı (+68 kq) müşayiət edəcək. Onlardan N.Əliyeva, İ.Qasımova, İ.Zaretska və F.Əliyeva komanda yarışlarında da mübarizə aparacaq. 

Kata üzrə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə Roman Heydərov fərdi yarışlara, İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev komanda çıxışlarına, Eldar Əhmədov, Sahib Əhədov, Ülvi Zeynallı, Lazım Allahverdiyev və Emiliya Mitilinova isə  Para-Karate çempionatına qatılacaq. 

Dünya çempionatına yola düşən heyətdə Vitse-prezident Rəhman Hətəmov, Texniki direktor Oqtay Məmmədov, katibə Bikə Qurbanova, Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, beynəlxalq hakimlərdən Cahangir Babayev, Vüqar Kərimov, Anar Allahverdiyev və Rənad Əliyev də var. A.Allahverdiyev və R.Əliyev dərəcələrini artırmaq üçün Dünya Karate Federasiyasının (WKF) Hakimlər komitəsinə imtahan verəcək. 

WKF-in Texniki komissiyasının üzvü Yaşar Bəşirov 14 Noyabrda qurumun iclasında, ertəsi gün isə təşkilatın Konqresində iştirak edəcək. 16-21 Noyabr tarixlərində böyüklərin 25-ci Dünya çempionatına 117 ölkədən 1054 karateçi, 21 Noyabrda Para-Karate üzrə Dünya çempionatına isə 21 dövlətdən 81 idmançı qatılacaq. Dünya çempionatının rəsmi açılış mərasimi 19 Noyabrda, bağlanış mərasimi 21 Noyabrda olacaq. Milli komanda ayın 22-də vətənə dönəcək.  

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov