Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Fərid Ağayev Avropa çempionu oldu

A+ a-
09 Noyabr 2021 17:03

18-21 yaşlı gənclərdən ibarət milli komandanın üzvü Fərid Ağayev (-75 kq) Almaniyanın Halle şəhərində Vado-Kai karate üzrə 48-ci Avropa çempionatında qızıl medala sahib olub.

Həmin yaş qrupunda digər idmançımız Abbas Dadaşov (+78 kq) isə ilk döyüşündə almaniyalı rəqibinə 5:0 hesabı ilə qalib gəlsə də, çiynindən zədələndiyindən (çıxıq) mübarizəni yarımçıq dayandırmalı olub. 

Karateçilərimiz 05-06 noyabr tarixlərində bu mötəbər yarışa Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının Prezidenti Vilayət Əmirovun rəhbərliyi altında çıxış ediblər.  Əməkdar məşqçi, Avropa Vado-Kai Karate Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi Gündüz Mahmudov və milli dərəcəli hakim Vidadi Mahmudov da heyətdə yer alıb.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov