Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İstanbulda Dünya Şotokan Çempionatı keçiriləcək

A+ a-
04 Noyabr 2021 13:29

     Azərbaycan karateçiləri 5-7 Noyabr tarixlərində İstanbulda 11-ci Dünya Şotokan Çempionatına yollanıblar. 

     Mötəbər yarışda mlli komandamızın və müxtəlif klubların üzvlərindən ibarət 30-dan artıq idmançını 7 məşqçi müşayiət edəcək. 

     Karateçilərimiz Türkiyədəki bu yaışda Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Şotokan Federasiyasının (WSF) vitse-prezidenti və İdarə heyətinin üzvü Yaşar Bəşirov, həmçinin WSF-nin Azərbaycan nümayəndəsi Rənad Əliyevin rəhbərliyi altında iştirak edəcəklər. 

     Dünya çempionatında 27 ölkədən 1000-dək idmançı mübarizə aparacaq. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov