Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Milli komandanın üzvləri Vado-kai karate üzrə Avropa çempionatında

A+ a-
03 Noyabr 2021 12:31

     05-06 noyabr tarixlərində Almaniyanın Halle şəhərində Vado-kai karate üzrə 48-ci Avropa çempionatı keçiriləcək.

     Qitə çempionatında ölkəmizi Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, 5-ci dan qara kəmər sahibi, Vilayət Əmirovun rəhbərliyi altında bir neçə idmançı, məşqçi və hakim heyəti təmsil edəcəklər.

     Komandanın üzvləri arasında, milli komandanın idmançıları Fərid Ağayev (-75kq) və Abbas Dadaşov (-84kq), 18-21 yaşlı gənclər, həmçinin boyüklər arasında yarışacaqlar. Karateçilərimiz çempionatda fərdi çıxışla yanaşı, komanda yarışlarında iştirak edəcəklər.

     Almaniyaya yollanan komandanın heyətində Əməkdar məşqçi, Avropa Vado-Kai Karate Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi Gündüz Mahmudov və milli dərəcəli hakim Vidadi Mahmudov da yer alıb.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov