Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və gənclərin Respublika çempionatı keçirilib

A+ a-
03 Noyabr 2021 12:10

   "Qara-Qaplan" İdman Klubu Vətən müharibəsində Zəfərin ildönümünə həsr olunmuş Yeniyetmə və Gənclərin 21-ci Respublika çempionatında ən yüksək nəticə göstərib.

     Ölkənin ilk karate klubu 13 qızıl, 7 gümüş və 17 bürünc medal ilə ümumi hesabda birinci yeri tutub. 8 qızıl, 4 gümüş və 7 medala sahib olan "Arpaçay" Klubu ikinci nəticə göstərib. Mərkəzi Karate Məktəbi isə 6 qızıl, 4 gümüş və bir o qədər də bürünc mükafatla üçüncü olub. İlk beşlikdə həmçinin Fövqaladə Hallar nazirliyinin İdman klubu və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti də yer alıb. 

     Respublika birinciliyində 25-dən artıq klubu təmsil edən 250-dək yeniyetmə və gənc karateçi iştirak edib. Aşağı yaşlı milli komandaların bir sıra çəki dərəcələrində yenilənən heyət 2022-ci il fevralın əvvəli Çexiyanın paytaxtı Praqada növbəti Avropa çempionatına hazırlıqlara başlayacaq. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov