Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Kadetlər Gənclər liqasından medallarla dönür

A+ a-
05 Iyul 2021 11:17

Xorvatiyanın Poreç şəhərində Dünya Karate Federasiyasının (WKF) Gəncləri Liqasında mövsümün ikinci turniri başa çatıb.

Kadetlərin 57 kq-dək final görüşündə Məhəmməd Xamoyev Salman Əlirzayevə qalib gələrək qızıl medala sahib olub. Eyni yaş qrupunun 70 kq-dək görüşlərinin həlledici qarşılaşmasında isə Rumil Cəfərli Xudaş Ağayevi məğlub edərək çempion olub. Kadetlərdə daha bir gümüş medalı Aysu Əliyeva (-47 kq) əldə edib. U14 turirində İsmayıl Xamoyev birinci, Ələddin Məlikov (hər ikisi -45 kq) isə üçüncü yeri tutub.

Gənclər Liqasına 50 ölkəni təmsil edən 1590 idmançı qatılıb. Yarışda 29 idmançımız iştirak edib. Turnir həm də avqustun ikinci yarısı Finlandiyanın Tampere şəhərində yeniyetmə və gənclərin Avropa çempionatına son hazırlıq xüsusiyyəti daşıyıb.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov