Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

23 iyun - Beynəlxalq Olimpiya Günü kimi qeyd olunur

A+ a-
23 Iyun 2021 10:47

23 iyun - Beynəlxalq Olimpiya günü kimi qeyd edilir.

"Report"un məlumatına görə, 1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İsveçin paytaxtı Stokholmdakı 41-ci sessiyasında Beynəlxalq Olimpiya Gününü qeyd etmək təklifi irəli sürülüb.

İlk əlamətdar gün 1948-ci il iyunun 23-də 9 ölkədə qeyd olunub. Bu günü daha geniş miqyasda və bütün milli olimpiya komitələrinin iştirakı ilə qeyd etmək məqsədilə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib.

Azərbaycanda Beynəlxalq Olimpiya Qaçış Günü ilk dəfə 1996-cı ildə təşkil edilib. Elə həmin il Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Azərbaycanda Milli Olimpiya Komitəsi isə 1992-ci ildə yaradılıb. 1997-ci ildən komitəyə Prezident İlham Əliyev başçılıq edir. 

Ölkə idmançıları indiyədək Olimpiya Oyunlarında 8 qızıl, 12 gümüş, 25 bürünc medal qazanıblar. Karate Tokio 2020 Olimpiya Oyunlarında debüt edəcək. Azərbaycan karateçiləri İrina Zaretska (+61 kq) və Rafael Ağayev (-75 kq) və Firdovsi Fərzəliyev (-67 kq) olimpiadada iştirak edəcək.