Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Naxçıvanda hakimlər seminarı keçirilib

A+ a-
21 Iyun 2021 14:12

Azərbaycan Milli Karate Federasiyasının fəaliyyət proqramına əsasən Naxçıvan Muxtar Respublikasında hakimlər seminarı keçirilib. 

Federasiyanın Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi və beynəlxalq hakim Vüqar Kərimovun asisstentliyi ilə iki gün keçirilən nəzəri və praktiki seminarda 20-dən artıq yerli hakim iştirak edib. Dərəcəsini artıran hakimlərə müvafiq sertifikatlar təqdim edilib. 

C.Babayev həmçinin iyulun əvvəli Xorvatiyada gənclərin Dünya Kubokuna yollanan Naxçıvanlı karateçilərin son hazırlıq məşqlərində iştirak edərək, onlara yarış qaydaları ilə bağlı məlumatlardan əlavə tövsiyyələrini verib.    

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov