Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yarış qaydalarında yeniliklərlə bağlı beynəlxalq seminar təşkil edilib

A+ a-
05 Iyun 2021 10:50

Dünya Karate Federasiyası (WKF) Hakimlər komitəsinin sədri və Tokio Olimpiadasında karate yarışlarının baş hakimi Havier Eskalante Azərbaycan Milli Karate Federasiyasının dəvəti ilə hakimlərimizə növbəti beynəlxlaq seminar keçib. 

Hakimlərlə birgə milli komandanın məşqçiləri və idmançıların da qatıldığı seminarda yarış qaydalarında yeniliklər və görüşlərdə yarana bilən mürəkkəb anlarda düzgün qərar vermək, eləcə də bir sıra vacib məqamları xatırladan H.Eskalante, onların suallarını cavablandırıb və tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edib. Tokio Yay Olimpiya Oyunlarının karate yarışlarını idarə etməyə təyin edilən 15 beynəlxalq hakimdən biri Cahangir Babayev seminarda H.Eskalanteyə assitentlik edib.

Seminarda çıxışı zamanı Bakıya hər səfərindən məmnun qaldığını söyləyən Havier Eskalante AMKF-in uğurlu fəaliyyəti sayəsində beynəlxalq yarışlarda nəticələrimizdən, hakim, məşqçi və idmançıların üzərinə düşən vəzifələrin öhdəsindən yüksək səviyyədə gəlindiyini söyləyib. O, Azərbaycan karatesinin uğurlarının təmsil etdiyi təşkilat tərəfindən yüksək qiymətləndirildiyini bildirib. 

MKF-in prezidenti və WKF-in Texniki Komitəsinin üzvü Yaşar Bəşirov Azərbaycan karatesinə verilən bu yüksək dəyərə görə rəsmi qonağa minnətdarlığını ifadə edərək, bu uğurların dövlətin idmana dəstəyi sayəsində əldə olunduğunu bildirib. O bundan sonra da Azərbaycan idmançılarının dünya karatesinin inkişafına töhfə verəcəklərini deyib.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov