Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Para-Karateçilərdən iki idmançımız bürünc medal qazanıb

A+ a-
21 May 2021 18:14

Yarımfinalda Monteneqroya (12:16) məğlub olan kumite milli komandamızın Avropa çempionatının bürünc medalı uğrunda görüşdə rəqibi İspaniya idmançıları olacaq. 

Karatçilərimiz komanda yarışlarının yarımfinaladək Danimarka (3:1), Türkiyə (3:1) və Yunanıstana (3:0) qalib gəlib gəlib. Birinci mərhələdə fransalı karateçilərə uduzan (0:2) qadınlardan ibarət komandamız isə, rəqib yarımfinalda məğlub olduğundan mübarizəni başa vurub.

Para-Karate üzrə Avropa çempionatının ilkin nəticələri də məlum olub. Müxtəlif kateqoriyalarda yarışlarda idmançılarımızdan Sahib Əhədov və Eldar Əhmədov bürünc medal qazanıb. Lazım Allahverdiyev isə 3-cü yer uğrunda görüşədək yüksələ bilib. Emliya Mitlinova finaldadır. Mükafatlar uğrunda fərdi görüşlər şənbə günü, komandalar arası medal yarışları isə 23 Mayda keçiriləcək.

21 Mayda həmçinin qitə çempionatının açılış mərasimi keçiriləcək.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Poreç, Xorvatiya.