Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İlahə Qasımova və kata milli komandası bürünc finalında iştirak edəcək

A+ a-
20 May 2021 13:46

Xorvatiyanın Poreç şəhərində Böyüklərin 56-cı Avropa çempionatında ikinci yarış  günüdür.

İlahə Qasımova (-55 kq) və kata milli komandası bürünc medal uğrunda görüşə çıxacaq. Li Lirisman (Estoniya), Boyana Yankoviç (Serbiya) və İvet Qoranovaya (Bolqarıstan) qalib gələn İ.Qasımova yarımfinalda Yana Messerşmidtə (Almaniya) məğlub olub. 3-cü yer uğrunda onun rəqibi İrina Sarıkina (Belarus) olacaq.

Kataçıların həlledici görüşdə isə rəqibi 2 il əvvəl qitə çempionatının bürünc medal qarşılaşmasında məğlub olduqları Rusiya komandası olacaq. Günün digər görüşlərində Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq) və Nuranə Əliyeva (-50 kq) ikinci dövrədə mübarizəni dayandırmalı olub.  

Kumiteçilərin komanda yarışlarında kişilər Danimarkalı rəqiblərinə 3:1 hesabı ilə qalib gəlib. Növbəti görüş 21 Mayda Türkiyə komandası ilə olacaq. Qadınlar isə ilk görüşdə Fransa komandasına 0:2 hesabı ilə uduzub. Rəqib növbəti görüşünü 21 Mayda keçirəcək.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Poreç, Xorvatiya