Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Cahangir Babayev Tokio olimpiadasında hakimlik edəcək

A+ a-
12 May 2021 09:28

Avropa Karate Federasiyası (EKF) Hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib. 

Azərbaycanlı beynəlxalq hakimin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) Hakimlər komitəsi bu qərara gəlib. 

Xatırladaq ki, Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, "Əməkdar məşqçi", eləcə də "Qaraqaplan" klubunun baş məşqçilərindən biri Cahangir Babayev 198 dövlətin üzvü olan WKF tərəfindən 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi" seçilib.

O həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakıda 1-ci Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə C.Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı" ilə təltif edilib.

Məşqçi kimi onun yetirmələri arasında Dünya və Avropa çempionatının, Avropa və İslam Oyunlarının qalib və mükafatçıları var. 

 

 

Müdia və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov