Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər Premyer Liqada 2 medal qazandı

A+ a-
03 May 2021 12:23

Azərbaycan karateçiləri Lissabonda Karate1 Premyer liqa turnirini 2 medalla başa vurublar.

Hakim haqsızlığı ilə üzləşən Asiman Qurbanlı (+84 kq) Gürcüstan idmançısı ilə döyüşdə referilərin qərarı ilə gümüş medalla kifayətlənməli olub. Kata komandası isə bürünc medala layiq olub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü Yaşar Bəşirov idmançıların mükafatlandırma mərasimində iştirak edib. Həmçinin Portuqaliya Karate Federasiyasının prezidenti Karlos Silva həmkarı Y.Bəşirova federasiyanın fəxri mükafatını təqdim edib.

Нarış zamanı görüşdə WKF-in prezidenti Antonio Espinos və Yaşar Bəşirov pandemiya dövründə karate ilə bağlı fikir mübadiləsi aparıblar.

A.Espinos Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov