Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilərin növbəti geyim dəstləri arasında “İl‘Azero” da olacaq

A+ a-
20 Aprel 2021 13:09

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, Azərbaycanın ilk və yeganə idman geyimi brendi “İl‘Azero”-nun təsisçisi İlqar İmamquliyevlə görüşüb.

Federasiyanın ofisində görüşdə təşkilatın rəhbəri bildirib ki, 3 il əvvəl karateçilərin idman geyimləri arasında IL Azero brendi də olub və milli abributları özündə əks etdirən bu geyimlər xaricdəki yarışlarda maraqla qarşılanıb.  

İ.İmamquliyev yeni modellərdən ibarət kataloqda milli ornamentlər və atbributları daha baxımlı şəkildə təqdim etdiklərini və Azərbaycanın dünya arenalarında yüksək nəticələr əldə edən federasiyalarından biri, AMKF ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib. 

Federasiya pezidenti qarşıda milli komandaların geyim dəstləri ilə təchiz edilməsi üçün yenidən “İl‘Azero” Milli İdman Geyimləri Brendi ilə əməkdaşlıq edəcəyini qeyd edib. Görüşün sonunda Y.Bəşirov və İ.İmamquliyev bir-birlərinə xatirə hədiyyələri təqdim edib.

 

Medai və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov