Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Allah rəhmət eləsin!

A+ a-
19 Aprel 2021 11:12

Dünya karatesinə və türk karate ailəsinə ağır itki üz verib. 

Türkiyə Karate Federasiyasının (TKF) prezidenti və Dünya Karate Federasiyasının (WKF), həmçinin Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin üzvü Esat Delihasan vəfat edib.

Ömrünü türk karatesinin inkişafına həsr etmiş Esat Delihasan 2009-cu ildən TKF-ə uğurla rəhbərlik edir. Onun federasiyaya rəhbərliyi dövründə Türkiyə karateçiləri dünyanın ən güclü komandaları sırasına daxil olub, bütün yarışlarda yüksək nəticə göstəriblər. 

Azərbaycan Milli Karate Federasiyası bu kədərli hadisə ilə əlaqədar Türkiyə Karate Federasiyasına və qardaş ölkənin karate ailəsinə, eləcə də Esat Deihasanın doğmalarına dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik olduğunu və onun xatirəsinin həmişə böyük hörmətlə anılacağını bildirir!

Allah rəhmət eləsin!