Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək

A+ a-
13 Yanvar 2022 00:00

    21-22 Yanvar tarixlərində Azərbaycan Milli Karate Federasiyası və "Arpaçay" Karate Klubunun birgə təşkilatçılğı ilə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı "Arpachay Open" Beynəlxalq Karate Turniri keçiriləcək. 

     

     Ənənəvi yarışda ölkənin 30-dək klubunu təmsil edən 550-dək idmançı iştirak edəcək. Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş dərəcəsi üzrə təşkil olunacaq.

     

     6-7, 8-9 və 10-11 yaşlı uşaqlar 21 Yanvarda, 12-13 yaşlı uşaqlar, eləcə də 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər isə ertəsi gün mübarizə aparacaq.

     

     Bakı İdman Sarayında beynəlxalq xatirə turnirinin açılış mərasimi 21 Yanvar saat 17:00-da başlanacaq. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov