Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər Premyer Liqada 2 gümüş və bir bürünc medal qazandı

A+ a-
16 Sentyabr 2018 19:01

     Azərbaycan karateçiləri Berlində mövsümün altıncı mərhələsində iki gümüş və bir bürünc medal qazandı.

     Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ikinci yeri, Firdovsi Fərzəliyev (-60 kq) isə üçüncü pilləni tutdu. Şahin Atamov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə hakim haqsızlığı üzündən mükafatsız qaldı. İdmançıların mükafatlandırılması mərasimində federasiyanın prezidenti Yaşar Bəşirov iştirak edib. 

     Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate1 Premyer Liaqa turnirində 72 ölkədən 763 idmançı iştirak etdi. Mövsümün son liqası 12-14 oktyabr tarixlərində Tokioda keçiriləcək. Milli komanda vətənə qayıtdıqdan sonra Yaponiyadakı yarışa hazırlıq məşqlərinə başlayacaq. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov