Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər Parisdə gümüş medal qazandılar

A+ a-
29 Yanvar 2018 11:09

Milli komandanın lideri Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Premyer liqa turnirində ikinci yeri tutub. Dünya şöhrətli karateçimiz yaponiyalı idmançı Ken Nişimura ilə həlledici görüşün son saniyələrində qələbəni əldən verib.

Yeni qaydalara əsasən medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran idmançılarımız dünya reytinq cədvəlində xallarını artırıblar. “Kiçik dünya çempionatı” adlandırılan Paris Premyer Liqasında 81 ökədən 756 idmançı mübaizə aparıb.

Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə yeddi yarışlıq nüfuzlu Premyer Liqa seriyasından növbəti turnir, 16-18 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

            30 yanvarda Bakıya dönən Azərbaycan karateçiləri yarşa hazırlıqlarını davam etdirəcəklər.