Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Rafael Ağayev Premyer Liqanın finalında

A+ a-
27 Yanvar 2018 00:18

     Azərbaycan milli komandasının lideri Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Karate 1 Premyer Liqa turnirinin finalına yüksəlib. 

     O, həlledici görüşədək 5 rəqibini məğlub edib. R.Ağayevin İran milli komandasının üzvü Bəhmən Əsgəri ilə döyüşü günün ən baxımlı qarşılaşmasından biri olub. Hesabda 2 dəfə geri düşən Rafael Ağayev qələbəni son saniyələrdə ustalığı nəticəsində qazanıb. Azarkeşlər və yarış iştirakçıları onu gur alqışlarla təbrik ediblər. Dünya şöhrətli karateçimizi finalda yaponiyalı Ken Nişimura ilə daha bir dramatik görüş gözləyir. 

     Milli komandanın digər titullu üzvü Niyazi Əliyev (-67 kq) təsəlliverici görüşlərə qatılsa da, 3-cü pillədən kənar qalmalı olub. Şənbə günü medal uğrunda görüşlərin digər iştirkaçıları məlum olacaq. Həlledici döyüşlər bazar gününə təyin edilib. Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirində 81 ökədən 756 idmançı mübaizə aparır.