Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Xorvatiya "Qran Pri"-sindən uğurlu nəticə ilə dönən idmançılarla görüş keçirilib

A+ a-
19 Yanvar 2018 14:11

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi ötən günlərdə Xorvatiyanın Samobor şəhərində 27-ci “Qran Pri” turnirində iştirak edən yeniyetmə və gənclərdən ibarət seçmə komandaların heyəti ilə görüşüb. 

AMKF-in prezidenti Yaşar Bəşirov nüfuzlu turnirdən 2 qızıl, 2 gümüş və 4 bürünc olmaqla 8 medal qazanan idmançıların qənaətbəxş nəticə göstərdiyini deyərək, bütün bu uğurların Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin ölkə idmanına göstərdiyi qayğı sayəsində əldə olunduğunu bir daha diqqətə çatdırıb. Yeniyetmə və gənc karateçiləri təbrik edən federasiya prezidenti nəticələrin daim artacağına ümidvar olduğunu dilə gətirib.

Baş katib MirHəsən Seyidov ilin ilk uğuru münasibətilə təbrikin ardından, idman ökəsi olan Azərbaycanın bu imicini daim yüksək tutmağın vacib olduğunu qeyd edib. Bundan sonra da idmançıların problemlərinin həllinə çalışacaqlarını söyləyən baş katib, gənc karateçilər üçün maarifləndirici seminarlar təşkil eiləcəyini söyləyib.

Yeniyetmə və gənclərin məşqçiləri Anar Allahverdiyev və Şahin Xudaverdiyev, eləcə də Vahid Ayvazov Avropa çempionatı öncəsi seçmə komandaların beynəlxlaq turnirdə iştitakına şərait yaratdığına görə federasiya rəhbərliyi və dəstək olan təşkilatlara minnətdarlığını ifadə edib. Məşqçilər fevralın əvvəlində Rusiyanın Soçi şəhərində qitə çempionatında seçmə komandanın hər bir üzvünün medal qazanacağına inandığını deyib.

Görüşdə həmçinin idmançıların turnirdəki çıxışları fərdi olaraq müzakirə edilib. Y.Bəşirov hakimlər komitəsinin sədri Cahangir Babayevə yeniyetmə və gənclər komandasının heyətini yarış qaydalarında yenliklərlə tanış etməyi, federasiyanın həkimi Pərvin Əkbərova zədəli idmançıların yarışa qatıla bilmək ehtimalının yoxlanılmasını, milli komandanın lideri Rafael Ağayevə isə Avropa çempionatı qabağı aşağı yaşlı idmançılarla birgə məşqlərdə təcrübəsini bölüşmək tapşırıqlarını verib. M.Seyidov uzun müddətdən sonra artıq idmançıların vitaminlərlə təchiz olunması prosesinə başlandığını bildirib.

              Sonda məşqçilər heyətinə bu il Buenos Ayresdə Yeniyetmələrin Olimpiya oyunlarına vəsiqə qazanmaq şansları olan idmançılara daha çox diqqət ayrılması göstərişi verilib. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov