Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və Gənclər Xorvatiyadan 8 medalla dönür

A+ a-
15 Yanvar 2018 11:35

    Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarmız Xorvatiyada 27-ci "Qran Pri" turnirini 8 medalla başa vurub. Karateçilərimiz Samobor şəhərində nüfuzlu ənənəvi turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.  

   14-15 yaşlı yeniyetmələrdən  Fərid Ağayevlə (-52 kq), Fidan Dadaşova (-47 kq) yarışın qalibi olub. Gənclər arasında Ülvi Qurbanovla (-60 kq) Murad Hacızadə (+84 kq) ikinci yeri, Tale Yaqubov (-63 kq, yeniyetmələr), Mədinə Sadıxova (-48 kq), Müseib Məmmədov (-68 kq) və  Elcan Məmmədrzayev (-60 kq, hər biri gənclər seçmə komandası) isə üçüncü pilləni tutub. 

    Daha 4 idmançımız Ayla Rzazadə ( +54 kq), Məhəmməd Məmmədov (-65 kq), Ruslan Əhmədov (-75 kq) və Murad Balakişiyev (-84 kq) isə bürünc medal uğrunda həlledici görüşdə məğlub olub.  Aytac Əliyeva (-55 kq) təsəlliverici döyüşlərdə mübarizəni bürünc mükafatların bir addımlığında dayandırmalı olub. 

    Azərbaycanın Xorvatiya Rspublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov və konsul Emil Kazımov seçmə komandalarımızın yarışını izləyib. Turnirdən sonra mükafatçılarla görüşdə, F.Qurbanov mükafatçıları təbrik edib və komanda üzvlərinə uğurlar arzulayıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançılarımızı dəstəklədiyinə görə səfir Fəxrəddin Qurbanova və səfirlik əməkdaşlarına minnətdarlığını çatdırıb. 

 

AMKF-in Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov