Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Xorvatya "Qran Pri"-sində medalların sayı 8-ə çatdı

A+ a-
14 Yanvar 2018 16:22

     Yeniyetmələrin ardından gənclərdən ibarət seçmə komandamız Xorvatiyada 27-ci "Qran Pri" turnirində medallara sahib olub. 5 mükafatdan ikisi gümüş, üçü isə bürünc medaldır.

    Üvi Qurbanovla (-60 kq) Murad Hacızadə (+84 kq) nüfuzlu beynəlxalq turnirin ikinci pilləsini tutublar. Mədinə Sadıxova (-48 kq), Müseib Məmmədov (-68 kq) və  Elcan Məmmədrzayev (-60 kq) isə yarışı üçüncü yerdə başa vurublar.

     Məhəmməd Məmmədov (-65 kq), Ruslan Əhmədov (-75 kq) Murad Balakişiyev (-84 kq) bürünc medal uğrunda həlledici görüşdə məğlub olub. Aytac Əliyeva (-55 kq) mübarizəni bürünc mükafatların bir addımlığında dayandırmalı olub. 

     Bazar günü kata üzrə müxtəlif ya qruplarının nəticələri məlum olacaq. 

 

AMKF-in Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov