Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmələr Xorvatiyada 2 qızıl və 1 bürünc medal qazandı

A+ a-
13 Yanvar 2018 11:53

     Azərbaycan karateçiləri 2018-ci ilə uğurla başlayıblar. Yeniyetmələrdən ibarət seçmə komandamız Samobor şəhərində nüfuzlu Xorvatiya "Qran Prisi" turnirinin ilk yarış günündə 2 qızıl 1 bürünc medalla başa vurub. 

     Fərid Ağayevlə (-52 kq), Fidan Dadaşova (-47 kq) çempion olub. Tale Yaqubov (-63 kq) isə bürünc medala sahib olub. Perspektivli idmançı Ayla Rzazadə ( +54 kq) bürünc mükafat uğrunda görüşdə minmal hesabla məğlub olaraq 5-ci yeri tutub. 

     Şənbə günü 16-20 yaşlı gənclər arasında kumite yarışlarının nəticələri məlum olacaq. Bazar günü müxtəlif yaş qruplarında kata yarışları keçiriləcək. "Qran Pri" turniri fevralın əvvəlində Rusiyada Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyır. 

 

AMKF-in Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov