Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Azərbaycanda Rafael Ağayevin ilk seminarı keçirildi

A+ a-
13 Yanvar 2018 11:39

Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” karate klubu, dünya şöhrətli idmançı Rafael Ağayevin Azərbaycanda ilk beynəlxalq seminarını təşkil edib. 5 qat dünya və 10 dəfə avropa çempionu R.Ağayevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş seminarda bir neçə ölkədən 100-dən artıq azyaşlı uşaq və yeniyetmə karateçi iştirak edib.

     Rusiya, İran, Özbəkistan və İsrail və Azərbaycanın müxtəlif şəhər və regionlarından olan idmançılar, hər zaman olduğu kimi bu dəfə də dünya karate ulduzunun bacarıqlarını böyük həvəslə mənimsəyiblər. Uzun illərdir ki, dünyanın onlarla ölkəsində seminalar keçirən R.Ağayev ilk dəfə Azərbaycanda belə bir əhəmiyyətli tədbirin təşkil edilməsindən çox məmnun olduğunu və məhz 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmasının öz idman karyerasında ən yaddaqalan məqamlardan biri kimi dəyərləndirib.

 

     Seminarın sonunda Azərbaycan Mili Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və “Arpaçay” karate klubunun rəhbəri Yavər Hüseynov, tədbir iştirakçılarının dünyanın ən titullu karateçisi Rafael Ağayevin təcrübəsindən gələcək yarışlarda yararlanacağına əmin olduqlarını bildirərək, onlara uğrular arzulayıblar. Sonda seminar iştirakçılarına sertfikatlar təqdim olunub. 

 

AMKF-in Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov