Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Əlbəyaxa Döyüş Növləri üzrə seminar keçirilib

A+ a-
12 Yanvar 2018 14:44

     Tanınmış Israilli əlbəyaxa döyüş növləri üzrə dövlət təlimatçısı Viktor Rabaev növbəti dəfə Bakıda "Krav Maqa" seminarı keçirib. Əlbəyaxa döyüş növlərinin təlimatçısı, kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazovla birgə keçirilən seminarda Real Aykido, Qarışıq Döyüş Növləri, karate və digər sahələrin mütəxəssisləri və idmançılar iştirak edib. 

     Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında seminarda V.Rabaev soyuq silahlardan qorunmaq və digər özünü müdafiə fənlərində peşəkar təcrübəsini iştirakçılara çatdırıb. AMKF və Azərbaycan Peşəkar Döyüş Növləri Assosiasiyasının prezidenti Yaşar Bəşirov qonağa minnətdarlığını ifadə edərək onu yenidən Bakıda görməyə məmnun olduğunu deyib. O, bu günkü əlbəyaxa döyüş növləri seminarının Azərbaycan və İsrail dövlətləri arasında dostluq və əməkdaşlığın bir hissəsi kimi dəyərləndirib. 

     Dəvətə görə təəkkürünü bildirən V.Rabaev Bakıda özünü vətəndəki kimi hiss etdiyini, əlbəyaxa döyüş növləri sənətində peşəkar bilikərini hər zaman Azərbaycanlı həmkarları ilə bölüşməyə hazır olduğunu deyib. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.