Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Xəzər və Qaradəniz ətrafı ölkələrin karate çempionatı keçirilir

A+ a-
01 Dekabr 2017 12:30

     1-3 dekabr tarixlərində Sumqayıt Olimpiya İdman Mərkəzində Qara və Xəzər dənizi ətrafı ölkələrin növbəti çempionatı keçirilir.

     Yarışda 7-12 yaşlı uşaqlar, yeniyetmə və gənclər, böyüklər, eləcə də veteran idmançılar iştirak edəcək. Fərdi yarışlardan başqa hər bir yaş dərəcəsində kata və kumite üzrə komanda çıxışları da keçiriləcək. Turnirin ilk günü 7-12 yaşlı uşaqlar, ertəsi gün yeniyetmələr, gənclər və veteranlar, bazar günü isə böyüklər tatamiyə çıxacaq.

     Qara və Xəzər dənizi ölkələri Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışdaAzərbaycan, Türkiyə, İran, Rusiya, Qazaxıstan və Gürcüstan komandaları mübarizə apar;r. 

     Yarışın əsasnamə və dəvətnaməsini buradan yükləyə bilərsiniz. Yarışdan canlı yayıma buradan federasiyanın rəsmi Facebook səhifəsinə daxil olub baxa bilərsiniz.