Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Hakimlər üçün növbəti seminar və imtahanlar keçirilib

A+ a-
20 Noyabr 2017 09:51

     "İnter Arena" İdman kompleksində Azərbaycan Milli Karate Federasiyasının təlim-məşq bazasında növbəti hakimlik seminarı və imtahanlar keçirilib. 

     Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi, beynəlxalq hakimlər Şahin Xudaverdiyev, Vüqar Kərimov və Anar Allahverdiyevin asistentliyi ilə təşkil olunan seminarda qaydalarda dəyişikliklər, yeniliklər və digər vacib detallar bir daha hakimlərin diqqətinə çatdırılıb.

     Seminarın ardından hakimlərin nəzəri və praktiki imtahanları olub. Nəticəyə əsasən bir sıra hakimlər milli dərəcələrini artırıblar. Seminar və imtahanlara respublikanın bütün bölgələrindən 70-dən artıq müxtəlif dərəcəli hakim qatılıb. 

     Seminarda iştirak edən federasiya prezidenti Yaşar Bəşirov azərbaycan hakimlərinin beynəlxalq yarışlarda nüfuzundan danışıb, belə maarifləndirici tədbilərin milli dərəcəli hakimlərin səviyyəsinin artırılmasında vacib olduğunu bildirib. Onlara uğurlar arzulayan Y.Bəşirov bu istiqamətdə işlərin regionlarda da aparılacağını söyləyib. 

     Tədirdən geniş fotoreportaja buradan federasiyanın rəsmi "Facebook" səhifəsinə daxil olub baxa bilərsiniz.

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov