Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və gənclər 3 medal qazandı

A+ a-
30 Oktyabr 2017 09:56

     İspaniyanın Tenerife şəhərində yeniyetmə və gənclərin növbəti dünya çempionatının son günü 21 yaşadək idmançılar arasında Fəridə Əlieyavanın (+68 kq, şəxs  məşqçisi Anar Allahverdiyev) qazandığı bürünc medalla azərbayan karateçiləri yarışı 16-cı pillədə başa vurdular.

     Gənclərdən Fidan Teymurova (-48 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) və Hümmət Baxşəliyevin (-61 kq, şəxsi məşqçisi Vüqar Kərimov, hər üç idmançının milli komanda məşqçiləri Anar Allahverdiyev və Şahin Xudaverdiyev) qazandığı gümüş medallardan əlavə, 14-15 yaşlı yeniyetmələrdən  Fərid Ağayev (-52 kq) və Rəvan Bağırov (-63 kq) təsəlliverici görüşlərdən medalsız ayrılıblar. Aşağı yaş qurupunda digər idmançımız Namiq Quliyev (-70 kq) isə bürünc medal uğrunda həlledici görüşdə qələbəni əldən verib.

     Beləliklə 109 ölkədən 1710 idmançının iştirak etdiyi dünya çempionatında 45 ölkənin təmsilçiləri medalçılar sırasına düşə bilib. Ciddi maliyyə çətinlikləri yaşayan Azərbaycan Milli Karate Federasiyası, 2018-ci ildə Argentinanın paytaxtında yeniyetmələrin olimpiadasına lisenziya xalları qazandıran bu məsul yarışda kiçik heyətlə iştirak etməyə məcbur olub.

     Maddi problemlər yarış zamanı da nəticələrə birbaşa təsir edən bir sıra çətinliklər yaradıb. Maliiyə az olduğundan 12 idmançını müşayiət edən bir məşqçi yarışdan əvvəl beynəlxalq imtahana qatıla bilmədiyindən idmançılarımız final görüşlərini baş məşqçinin müşayiəti olmadan keçiriblər. Bu məqam videotəkrarların baxılmasına imkan yaratmadığından nəticəyə olduqca mənfi təsir göstərib. Belə ki, qızıl medal qazanmağa layiq olan idmançılarımız dəfələrlə xal almaq imkanlarını sübuta yetirə bilməyiblər. 

     Bundan əlavə yarışa bir gün qalmış seçmə komandamızın səfər məsələsinin həll olunması və hava limanında yarım sutka gözləmə, yarışın keçirildiyi qonşu şəhərdə yerləşməyə məcbur qalmaq halları və digər ciddi problemlərə baxmayaraq azərbaycan karateçiləri dünya çempionatını 3 mükafatla başa vurublar. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov