Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Fidan Teymurova və Hümmət Baxşəliyev dünya ikincisidir!

A+ a-
27 Oktyabr 2017 23:29

     Gənclərdən ibarət seçmə komandanın üzvləri Fidan Teymurova (-48 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) və Hümmət Baxşəliyev (-61 kq, şəxsi məşqçisi Vüqar Kərimov, hər iki idmançının milli komanda məşqçiləri Anar Allahverdiyev və Şahin Xudaverdiyev) dünya çempionatının gümüş medalını qazandılar. 

     İspaniyanın Tenerife şəhərində bu nəticə son dünya çemionatının mükafatçıları üçün növbəti medallar oldu. F.Teymurova ardıcıl ikinci dəfə gümüş mükafata, ötən yarışda üçüncü yeri tutan H.Baxşəliyev isə bu dəfə gümüş medala sahib oldu.  

     Tatamiyə çıxan digər idmançımız Murad Balakişiyev (-76 kq) ilk rəqibinə məğlub olaraq mübarizəni dayandırıb. Qarşıdakı 2 gün daha 7 karateçimiz medallar uğrunda yarışacaq.

     Bu nəticə ilə Azərbaycan İndoneziya ilə 10-11ci yerləri bölüşür. 3 yarış günündən sonra 21 ölkə idmançıları mükafatçılar arasına düşə biliblər. Dünya çempionatında 109 ölkədən 1710 idmançı iştirak edir.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov