Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Dünya Karate Federasiyasının növbədənkənar konqresi keçirilib

A+ a-
26 Oktyabr 2017 14:42

     Ispaniyanın Tenerife şəhərində Dünya Karate Federasiyasının (WKF) növbədənkənar konqresi keçirilib. Konqresdə təxirəsalınmaz məsələlər və 2018-ci ilin fəaliyyət planı müzakirə olunub.

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti, WKF-in Texniki komitəsinin və Avropa Karate Federasiyasının (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov konqresdə iştirak edib. 200-dək ölkə rəsmilərinin iştirak etdiyi konqresin gedişatında Y.Bəşirov, oktyabrın ortaları 70 illik yubileyini qeyd edən WKF prezidenti Antonio Espinosa, yubilyarın şəkli həkk olunmuş azərbaycan xalçası hədiyyə edib. 

 Sənan Məhərrəmov, Media və İctmaiyyətlə İşlər katibi.