Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər 4 medalla döndülər

A+ a-
25 Sentyabr 2017 18:21

     Azərbaycan Milli Karate Federasiyasının getdikcə ağırlaşan maliyyə vəziyyəti artıq idmançıların məsul beynəlxalq yarışlarda nəticələrinə də təsir göstərməkdədir. 
     İstanbulda Dünya Karate Federasiyasının (WKF) nüfuzlu turnirləindən olan Karate 1 liqasının A seriyasında böyük heyətlə iştirak edən idmançılarımız 2 bürünc medalla kifayətlənməli olublar. Gənclər və böyüklərdən ibarət seçmə komandalarnın bir çox üzvündən yalnız Rafael Ağayevlə (-75 kq), İrina Zaretska (-68 kq) A liqasının 3-cü pilləsini tutub. WKF Karate 1 turnirlərinin A seriyası Prmeyer liqa yarışlarından aşağı reytinqli turnirdir. 
     72 ölkədən 1134 karateçi mübarizə apardığı 12-ci İstanbul Open turnirində 14-15 ya.l; yeniyetmələrin yarışında Namiq Quliyev (-70 kq) ikinci yeri, 16-17 yaşlı gənclərdə isə Hümmət Baxşəliyev (-61 kq) üçüncü pilləni tutub.
     Qarşıda yeniyetmə və gəncləri oktyabrın son günləri İspaniyada dünya çempionatı gözləyir. Dünya çempionatı 2018-ci ilin yayında Argentinada Yeniyetmələrin olimpiadasına lisenziya xalları qazandıran üç rəsmi yarışdan ikincisidir. Hazırlıqlar üçün ciddi çətinliklər olsa da təlim-məşq toplanışı davam edir.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov.