Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İdmançılarımız İsveçrədə 18 medal qazandılar

A+ a-
18 Sentyabr 2017 12:00

     Mili komandanın üzvləri İsveçrədə mötəbər turnirdə 18 medala sahib olubar. Mükafatlardan 9 qızıl, 5 gümüş, 4 isə bürüncdür. 

     Bazeldə üç kateqoriya üzrə keçirilən 8-ci "Basel Open Masters" turnirinin fərdi yarışlarında Rafael Ağayev  (-75 kq), Şahin Atamov (+84 kq) və Roman Heydərov (kata), İlahə Qasımova (-55 kq) və İrina Zaretska (-68 kq) çempion olub. Firdovsi Fərzəliyev (-60 kq), Nuranə Əliyeva (-50 kq) və Fəridə Əliyeva (+68 kq) ikinci sıranı, Novruz Əliyev (-75 kq) və Ayxan Mamayev (-84 kq) isə üçüncü pilləni tutub. 

     Açıq turnirdə Asiman Qurbanlı (+84 kq) ilə F.Əliyeva birinci, A.Mamayev ikinci yeri tutub. Sonda yarışın mükafatçıları arasında "Masters" turirində isə R.Ağayevlə İ. Zaretska qızıl medal, A.Mamayev gümüş, A.Qurbanlı və F. Əliyeva isə bürünc mükafat qazanıb. 

     Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə 8-ci "Basel Open Masters" beynəlxalq karate turnirində uğurla çıxış edən idmançılarımız oradan birbaşa həftəsonu İstanbulda Dünya Karate Federasiyasının (WKF) Karate 1 A seriyası turnirinə yollanacaq. 

     

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov