Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Doğum gününüz mübarək!

A+ a-
17 Sentyabr 2017 00:33

17 sentyabr tarixində Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyevin doğum günüdür. 

           12 yaşından idmanın Karate növü ilə peşəkar səviyyədə məşğul olaraq 7-ci Dan qara kəmər dərəcəsinə yüksələn Ü.Quliyev, Avropa və Dünya çempionu, 1997-ci ildən Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının prezidenti və Azərbaycan Milli Karate Federasiyasının İdarə heyətinin üzvü, həmçinin Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavinidir.

Onun idmanın bu sahəsində göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilib. Ülvi Quliyev “Azərbaycan Respublikasının əməkdar idman ustası”, “Azərbaycan Respublikasının əməkdar məşqçisi”“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarına layiq görülüb.

         Azərbaycan Milli Karate Federasiyasının kollektivi Ülvi Quliyevi doğum günü münasibəti ilə təbrik edir, ona hər zaman gümrahlıq və karyerasında yeni uğurlar arzulayır.