Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Irina Zaretska "Grand Winners" mükafatı aldı

A+ a-
11 Sentyabr 2017 21:36

     Qadınlardan ibarət milli komandanın üzvü İrina Zaretska (-68 kq) 2017-ci ilinin "Grand Winners" mükafatına sahib olub.

     Dünya Karate Federasiyasının (WKF) təsis etdiyi bu mükafat, ən nüfuzlu turnir sayılan Karate 1 Premyer Liqasında il boyu hər çəkidə ən yüksək nəticə göstərən idmançılara verilir.

     İ.Zaretska 2017-ci ildə 21 yaşadək gənclər arasında Avropa çempionu, Rotterdam və Dubayda Premyer Liqaların qalibi olmaqdan əlavə, Rabatdakı növbəti turnirdə bürünc medal uğrunda görüşə çıxıb.

     Mayda Bakıda 4-cü İslam Hərəyliyi Oyunlarının qalibi olan ukraynalı legionerə WKF-in "Grand Winners" mükafatı Leypsiqdə Premyer Liqa turnirində təqdim edilib.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov