Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər Türkiyədə uğurlu çıxış etdilər

A+ a-
30 Avqust 2017 18:48

     Milli komandanın üzvləri Türkiyənin Ərzurum şəhərində 14-cü Beynəlxalq "Palandökən" turnirini 6 qızıl, 5 gümüş və 10 bürünc olmaqla, 21 medalla başa vurublar. 

     14-15 yaşlı yeniyetmələrdən Fərid Ağayev (-52 kq), kişilərdən Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı (+84 kq) və Fəridə Əliyeva (+65 kq), eləcə də kumitedə A. Mamayev, A.Qurbanlı, Şahin Atamov, Əli Cəfərov, Niyazi Əliyev və Rafiz Həsənovdan ibarət heyət, katada isə Rövşən Əliyev, Tual Balcanlı və İsmayıl Quliyein qatıldığı heyət komanda yarışının çempionu olublar.

     Gümüş medal 14-15 yaşlı yeniyetmələrdən Osman Osmanlıya (+70 kq), 16-17 yaşlı gənclərdən Ceyhun İsmayılova (kata), kişilərdə İsmayıl Quliyevə (-60 kq), Rövşən Əliyev (kata), qadınlarda isə Asya Məlikovaya (-50 kq) nəsib olub.

     14-15 yaşlı yeniyetmələrdə Hüseyn Məmmədli (-57 kq), Elçin Quliyev (57 kq), Rəvan Bağırov (-63 kq), Hüseyn Hüseynzadə (-70 kq), 16-17 yaşlı gənclərdə Fidan Teymurova (-48 kq), Mədinə Sadıqova və İnci Əzizova (hər ikisi -53 kq), kişilərdə Tural Balcanlı (kata), qadınlarda Aysel Babayeva (-53 kq), həmçinin komanda yarışlarında Samir İbrahimov, Turqut Həsənov, Novruz Əliyev, Ceyhun Mustafayev və Tural Ələkbərlidən ibarət kişilərin ikinci heyəti bürünc mükafata sahib olublar.

     24 ölkədən 500-ədək idmançının iştirak etdiyi ənənəvi yarışın ümumi nəticəsində Azərbaycan karateçiləri ikinci yeri tutublar. Milli komanda üzvlərindən başqa Bakının, Sumqayıt, Gəncə və Naxçıvanın klublarını təmsil edən müxtəlif yaş qrupları üzrə idmançılar da "Palandökən" beynəlxalq turnirində yüksək əyarlı medallar qazanıblar.

     Yarışda 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin baş məşqçisi Anar Allahverdiyev, 21 yaşadək gənclərin baş məşqçisi və böyüklərin köməkçi məşqçisi Şahin Xudaverdiyev, beynəlxalq hakimlərdən Vüqar Kərimov, milli hakimlərdən Namiq Pirverdiyev, Mehman Mədətov, Seymur Məmmədov və Samir İbrahimov iştirak edib.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov