Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Doğum gününüz mübarək!

A+ a-
26 Avqust 2017 11:15

Hörmətli Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva!

Sizin ölkəmiz üçün bir çox sahələrdə gördüyünüz səmərəli işlər, Azərbaycanın istər daxili inkişafına, istərsə də xarici təbliğatına böyük töhfələr verməkdədir. İctimai sahələrdəki uğurlu fəaliyytinizlə bərəbər idman istiqamətində böyük işləriniz dünyaya da əks səda salmışdır. Bakı 2015 1-ci Avropa Oyunlarının və 4-cü İslam Həmrəyliyi Oyunlarının təşkilat komtiəsinin rəhbəri kimi məsul vəzifələrin öhdəsindən layiqincə gəlməniz buna bariz nümunədir.

Siz belə nüfuzlu kütləvi yarışların yüksək səviyyədə təşkil olunmasının yeni meyarını təyin etdiniz. Qeyd edilən mötəbər yarışlarda karate üzrə qazanılan böyük zəfərlərdə, idmançılarımızın yarışlara hazırlıq üçün verdiyiniz dəstəyin xüsusi rolu oldu. Biz karateçilər sizə göstərmiş olduğunuz bu dəstəyə görə daima minnətdarıq. Azərbaycanda idmanının gimnastika növləri istiqaməti də məhz Sizin rəhbərliyiniz sayəsində inkişaf dövrünə qədəm qoydu və bir sıra ciddi uğurlar əldə etdi.

Hörmətli birinci xanım!

            Azərbaycan Milli Karate Federasiyasının kollektivi adından Sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, uğurlu fəaliyyətinizdə daima zəfərlər arzulayırıq.

 

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov.