Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Federasiyanın kollektivi etiraz yığıncağı keçirdi

A+ a-
19 Avqust 2017 11:59

     Azərbaycan Milli Karate Federasiyasının (AMKF) kollektivi, son zamanlar həqiqəti əks etdirməyən məlumatların yayılmasına etiraz olaraq yığıncağı keçirib.

     Bir qrup idmançı, məşqçi, hakim və federasiyanın ofis heyəti ilə görüşdə təşkilatın rəhbəri Yaşar Bəşirov, 1-ci vitse-prezident və baş məşqçi vəzifəsini icra edən Rəhman Hətəmov, baş katib Mir-Cabbar Seyidov və milli komandanın fiziki hazırlıq üzrə məşqçisi Oqtay Məmmədov federasiya haqqında gedən səhv məlumatlara etirazlarını bildirərək, idmançıları belə neqativ fikirlərə uymamağa çağırıblar. Rəhbərlik qarşıda böyük idman hədəflərini olduğunu və buna çatmaq üçün heç bir ətraf müdaxiləyə baxmadan daha çox çalışmaq lazım gəldiyini söyləyib.

     Federasiya prezidenti Y.Bəşirovun çıxışının videoyazısını təqdim edirik.

 

  

AMKF-in Media və İctimaiyyələ İşlər katibi Sənan Məhərrəmov