Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilərimiz İranda beynəlxalq turnirdə!

A+ a-
11 Avqust 2017 11:58

     Müxtəlif yaş qrupları üzrə milli komandamızın üzvləri İranının Urmiyə şəhərində kişilər arasında 13-cü beynəllxalq dostluq və həmrəylik turnirində iştirak edəcəklər.

     14-15 yaşlı yeniyetmələrdən Fərid Ağayev (-52 kq), Hüseyn Məmmədli və Tale Yaqubov (hər ikisi -57 kq), Rəvan Bağırov və İsmayıl Məhəbbətli (hər ikisi -63 kq), Məmməd Məmmədov (-70 kq), 16-17 yaşlı gənclərdə isə Müseyib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Tural Yaqubov (-68 kq), və Murad Balakişiyev (-76 kq) çıxış edəcək.  

     Böyüklərin yarışına Ülvi Qurbanlı və Elcan Məmmədrzayev,  (hər ikisi -60 kq), Hüseyn Əliyev və Rafiz Həsənov (hər ikisi -67 kq), Pənah Abdullayev və Turqut Həsənov (hər ikisi -84 kq), Emil Güləhmədov, Murad Hacızadə, Şahin Atamov və Əli Cəfərov,  (dördü də +84 kq) qatılacaq. 

     Roman Heydərov fərdi kata yarışlarında, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Əliyev isə komanda kata çıxışlarında mübarizə aparacaq. 

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Urmiyədə ənənəvi yarışa yollanan heyətdə milli komandaların məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev, eləcə də beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da var. Yarış 4 gün davam edəcək. İdmançılarımız ayın 15-də səfərdən dönəcəklər.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov