Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Firdovsi Fərzəliyev Dünya Oyunlarının qalibidir

A+ a-
26 Iyul 2017 11:43

     Azərbaycan milli komandasının favoritlərindən Firdovsi Fərzəliev (-60 kq) Dünya Oyunlarının qalibi oldu. Polşanın Vroslav şəhərində mötəbər yarışda F.Fərzəliyev dünya reytinqinin birincisi, İranlı idmançı Əmir Mehdizadəni 4-2 hesabı ilə məğlub edərək karyerasında daha bir uğur qazandı.

     Ondan əvvəl isə təcrübəli karateçimiz Emad Əlmalikiyə 2:0 (Səudiyyə Ərəbistanı), ötən il Avstriyada dünya çempionatının yarımfinalında hakim qərəzi ilə məğlub olduğu Geofri Berensə (Hollandiya) və Matias Qarsia Qomesə (İspaniya) xalsız başa çatan döyüşlərin ümumi nəticəisnə əsasən B qurupunu 2-ci yerdi başa vurub. Yarımfinalda A qrupunun lideri, tanınmış braziliyalı idmançı Duqlas Santos Brosu 5-0 hesablı tam üstünlüklə məğlub edən F.Fərzəliyev, sonda qızıl medala sahib olaraq titullarının sayını atırmağa müvəffəq olub.

      Dünya Karate Federasiyasının rəsmi səhifəsində (WKF) Firdovsi Fərzəliyevin döyüşləri haqqında qeydlər var. Onu bu çəki dərəcəsində sürpriz nəticələrdən biri adlandırsalar da, F. Fərzəliyevin son illər rəsmi yarışlarda böyük nəticələr göstərməsi, -60kq çəki dərəcəsində də Azərbaycan karateçilərinin yüksək əyarlı medallara iddialı olmasının göstəricisidir.

     Ertəsi gün daha bir idmançımız, Ayxan Mamayevin cəhdləri uğursuz alınıb. Son dünya çempionatının nəticələrinə əsasən Dünya Oyunlarına dəvət edilənlər arasında Rafael Ağayaev (-75 kq) olsa da, favorit idmançımızın zədəsi onun bu mötəbər yarışda çıxış etməsinə imkan verməyib. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov.