Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

“IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərginin açılışı olub

A+ a-
11 Iyul 2017 21:14

     Azərbaycan Karate-do Federasiyalar Assosiasiyasının prezidenti (AKFA), Azərbaycan Milli Karate Federasiyası (AMKF) İdarə heyətinin üzvü, millət vəkili Ülvi Quliyev, AMKF Baş katibi Mir-Cabbar Seyidov və federasiyanın Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, Muzey Mərkəzinin sərgi Qalereyasında "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı foto sərginin açılışında iştirak ediblər.

      Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan idmanının inkişafına göstərilən yüksək diqqət və qayğıya, həmçinin İslamiadanın uğurlu təşkilinə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya minnətdarlıq bildiriblər.

      Natiqlər qeyd ediblər ki, uğurla başa çatan İslam Həmrəyliyi Oyunlarınında Azərbaycan fotoqraflarının böyük əməyi var,  onlar 21 idman növü üzrə 54 ölkədən 6000 idmançının qatıldığı bu nüfuzlu tədbiri  obyektivin gözü ilə sənət əsərinə çeviriblər.

      Çıxışların ardından nazir Azad Rəhimov Azərbaycan Fotoqraflar Birliyinin diplomu ilə, fotoqraflar isə GİN və Olimpiya Komitəsinin diplom və mükafatları ilə təltif ediliblər.

      2 gün 54 müəllifin 200 dən çox işi nümayiş etdirlən sərgidə karate yarışlarından da maraqlı fotolar var. Tədbirdə tamaşaçılarla yanaşı, ölkənin tanınmış idman simaları iştirak edib.