Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Dünya Kubokunu 4 medalla başa vurduq

A+ a-
04 Iyul 2017 14:53

     Gənclədən ibarət seçmə komandanın üzvlərindən Müseib Məmmədov (-55 kq) və Fidan Teymurova (-48 kq)  Dünya Kubokunun gümüş medallarını qazanıblar. Fərid Ağayev (-52 kq) isə yeniyetmələr arasında bürünc mükafata sahib olub. Azyaşlılar arasında çıxış edən perspektivli Gəncə idmançısı Fərid Savadov da 3-cü yer tutub. 

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası İdarə heyətinin üzvü Yaşar Bəşirov nüfuzlu yarışın mükafatlandırma mərasimində iştirak edib. 

     Dünya Kubokunda 64 ölkəni təmsil edən 350 klub və seçmə komandanın tərkibində 2059 karateçi iştirak edib. Maliyyə çətinliyi səbəbindən seçmə komandamız yarışda tam heyətlə iştirak edə bilməyib.

     Növbəti lisenziya yarışı payızda İspaniyada Dünya çempionatı olacaq. 2018-ci il Yeniyetmələrin olimpiadasında karate yarışlarına lisenziya qazanan idmançılar, ötən Dünya Kuboku və oktyabrın son günləri İspaniyanın Tenerife şəhərində dünya çempionatının nəticələrinə uyğun olaraq məlum olacaq.