Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Rafael Ağayev Heydər Əliyev Mərkəzinin parkında açıq karate dərsi keçib

A+ a-
18 Iyun 2017 18:50

     Ənənəvi olaraq müxtəlf tədbirlər və master klassların təşkil edildiyi Heydər Əliyev Mərkəzinin parkında bu dəfə uşaq və yeniyetmələr üçün karate dərsi keçirilib.

     İki saata yaxın davam edən master klası 5 dəfə dünya çempionu, 13 dəfə Avropa çempionu, “Bakı-2015” Avropa Oyunlarının və “Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi Rafael Ağayev keçib. Onun nümayiş etdirdiyi müxtəlif fiziki hərəkətlər və karate təmrinləri böyük maraqla qarşılanıb.  

     Tədbirə Bakı və Sumqayıt da daxil olmaqla yaxın bölgələrdən 200-dən artıq uşaq və yeniyetmə karateçi qatılıb. Milli komandanın məşqçilərindən Şahin Xudaverdiyev, eləcə də seçmə komandanın üzvlərindən Şahin Atamov, Firdovsi Fərzəliyev, Novruz Əliyev, məşqçilər Akif Kərimov və Anar Əhmədov və digərləri R.Ağaevi müşayiət ediblər.

     Tədbirdə iştirak edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov belə açıq ictimai dərslərin uşaq və yeniyetmələrin idmana cəlb olunmasında böyük rolu olduğunu bildirib. Rafael Ağayev peşəkar bacarıqlarını gənc idman nəslinə ötürməyə hər zaman məmnuniyyətlə hazır olduğunu və bundan zövq aldığını söyləyib.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov