Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Təbrik məktubu

A+ a-
24 May 2017 15:04

Hörmətli cənab prezident və MOK-un rəhbəri İlham Əliyev və hörmətli birinci vitse prezident və yarışların Təşkilat Komitəsinin sədri xanım Mehrban Əliyeva!

Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları gözlənildiyi kimi yüksək səviyyədə keçirildi. Kütləvi beynəlxalq yarışları təşkil etməkdə peşəkar təcrübəyə yiyələnən Azərbaycan bu dəfə də dünyanın idman mərkəzlərindən biri olduğu iddiasını ortaya qoydu.

Ümummilli lider Heydər Əliyev tərəfindən ölkədə əsası qoyulmuş və dövlət başçısı, Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri, cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən olimpiya və idman siyasəti sayəsində ilbəil artan nəaliyyətlər istər idmanımız üçün, istrəsə də dövlətimizin beynəlxlaq nüfuzu baxımından bəhrəsini verməkdədir.

4-cü İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri də daxil olmaqla, yarış zallarında yaradılmış şərait və turnirlərin keçirilməsi iştirakçı ölkələr tərəfindən alqışlandı. Təşkilat Komitəsinin sədri, ölkənin birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi altında yüksək səviyyədə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları bu nüfuzlu yarışların tarixində fərqli iz qoydu.

Azərbaycan idmançıları tarixi zəfər nümayiş etdirərək 75 qızıl, 50 gümüş və 37 bürünc olmaqla 162 medal qazanaraq 4-cü İslam Həmrəyliyi Oyunlarını ilk pillədə başa vurdular. Bu uğurda Azərbaycan karateçilərinin də özünəməxsus payı oldu. Azərbaycan Milli Karate Federasiyasın (AMKF) uğurlu fəaliyyəti sayəsində 5 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olan karateçilərimiz işitrakçı ölkələr arasında birinci yeri tutdu.

Bu nəticə ilə 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarında yüksək rəhbərlik qarşısında öhdəliyi doğruldan AMKF bu yarışdan da üzüağ çıxdı. Karate növündə belə böyük uğurun əldə olunmasında Gənclər və İdman naziri Azad Rəhimovun, MOK-un birinci vitse prezidenti Çingiz Hüseynzadənin və adları qeyd olunan bu dövlət təşkilatlarının da önəmli dəstəyi oldu.

Hörmətli cənab prezident və MOK-un rəhbəri İlham Əliyev və hörmətli birinci vitse prezident və yarışların Təşkilat Komitəsinin sədri xanım Mehrban Əliyeva!

Hər zaman olduğu kimi 4-cü İslam Həmrəyliyi Oyunlarında da fərqlənən idmançı və məşqçilərə, idman təşkilatlarına diqqətinizi əsirgəmədiniz. Bizləri layiq olan dərəcədə mükafatlandırdınız, dəyərli zamanınızı zərf edib oyunlarda nəticə göstərən idman ictimaiyyətinin nümayəndələri ilə səmimi görüş keçirdiniz, xoş sözlərinizi çatdırdınız.

Bu oyunlarda uğurla çıxış edən AMKF-in prezidenti kimi ölkə idmanının tarixinə qızıl hərflərnən yazılan 4-cü İslam Həmrəyliyi Oyunlarında əldə olunan böyük zəfər münasibətilə Sizləri səmimi qəlbdən təbrik edir, uğurlu fəaliyyətinizdə Sizə yeni nəaliyyətlər arzulayıram.

         Həmçinin bu mötəbər yarışda medal qazanan Azərbaycan idmançılarını, onların məşqçilərini və federasiya rəhbərlərini təbrik edir, onlara xoş arzularımı çatdırıram.

 

Yaşasın Azərbaycan idmanı!