Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilərimiz yenə zəfər yazdılar

A+ a-
16 May 2017 11:58

     Azərbaycan karateçiləri ölkə idmanının qızıl səhifələrinə daha bir tarixi zəfər yazdılar. Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarında 5 qızıl, 2 gümüş və 3 bürünc medal olmaqla 10 mükafata sahib olan milli komandamız karate yarışlarını birinci pillədə başa vurdu.

     Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq) və Roman Heydərov (kata) İslam Oyunlarının qalibi oldular. İlahə Qasımova (-55 kq) və Fəridə Əliyeva (+68 kq) gümüş medal qazandı. Nuranə Əliyeva (-50 kq), Firdovsi Fərzəliyev (-60 kq) və Asiman Qurbanlı (+84 kq) isə bürünc medala layiq oldu.

     Qalibləri mükafatlandırma mərasimində Azərbaycan Respublikasının prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev, Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov iştirak edib.